
Azərbaycan dili və nitq mədəniyyəti (Əzəmmədova Aygün), payız 2021/2022
Bu fənn,Azərbaycan dili və nitq mədəniyyəti ,ritorika sənətinin tarixi,əbədi dilin norma və üslubları ,nitq etiketləri,əməli yazı nümunələri və sair haqqında ümumi anlayışların və qaydaların tədrisi ilə məşğul.

Azərbaycan dili və nitq mədəniyyəti (Sevinc Salahova), payız-2021/2022
Azerbaycan dili ve nitq medeniyyeti fenni ana dilmizin qrammatikasindan ve nitq medeniyyetimizin inkisafna gosterdiyi tesirden,yuksek seviyyeli nitqe malik olmaq ucun esas sayilan amillerden behs edir.

Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqlarla nitq inkişafının metodikası (Rəna Xəlilli), payız 2021/2022
I. Böyüməkdə olan nəslin təlim-tərbiyəsi, hərtərəfli formalaşması işi daim müəllimlərin diqqət mərkəzində olmalıdır. Fəal təlimin tətbiq edilməsi, şəxsiyyətyönümlü təhsil sisteminə keçirilməsi kurikulum islahatının qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Uşaqların ideyaca yetkin, mənəvi cəhətdən zəngin şəxsiyyət kimi formalaşmasında “Azərbaycan dili” fənninin əhəmiyyəti böyükdür. Təhsilin keyfiyyəti onun metod və texnikalarına müəllimlərin nə dərəcədə yiyələnməsindən, təlim prosesində bunlardan necə istifadə etməsindən çox asılıdır. Müasir dövrdə müəllimin qarşısında duran əsas vəzifə hərtərəfli inkişaf etmiş şəxsiyyət tərbiyə etməkdən ibarətdir. Müəllimin daim axtarışda olması, dərsə yaradıcı yanaşması vacibdir.Amma “Məktəbəqədər təhsildə korreksiyaedici təlim” şöbəsində təhsil alanlar üçün bu fənn həm də cəmiyyətdə bu gün zamanın tələbi olan bir çox problemlərin həllində olduqca böyük əhəmiyyət kəsb edir.Onun xüsusi müəssisələrdə əhəmiyyəti,ana dilinin xüsusi qayğı tələb edən uşaqlara öyrədilməsi metodikası xüsusi yanaşma tələb edir.

Nitq inkişafı metodikası (Şəfəq Əzizova), payız 2021/2022
“Nitq inkişafı metodikası” fənninin əsas məqsədi tələbələri məktəbəqədər tərbiyə müəssisələrində uşaqlarda nitq inkişafını hərtərəfli, geniş inkişaf etdirmək üçün metodiki biliklərə yiyələndirmək..Məktəbəqədər tərbiyə müəssisələri hazırda ibtidai təlim üçün möhkəm bünövrə hesab olunur.Uşaq bağçalarının qarşısında uşaqların hərtərəfli inkişaf etdirilməsi vəzifəsi qoyulmuşdur . Bu vəzifənin yerinə yetirilməsində nitq inkişafı da mühüm rol oynayır.