Dünyanın mədəni xalqları içərisində öz qədimliyi ilə seçilən Azərbaycan xalqı çox zəngin tarixə malikdir. Tarix hər bir xalqın, o cümlədən Azərbaycan xalqının da milli özünüdərkinin əsas sütunlarından birini təşkil edir. Tarix bəşəriyyətin, o cümlədən ayrı-ayrı xalqların həyatında qədim zamanlardan bu günə qədər baş vermiş ən mühüm hadisələri öyrənən elm hesab olunur.