Gənc mütəxəssislərin yüksək pedaqoji ustalığa, elmi biliyə, bədii-estetik dünyagörüşünə malik olmaları bu günümüzün pedaqoji kadr hazırlığı işində ən vacib tələblərdən biridir.Yüksək peşə hazırlığına malik olan müəllim-kadrları,müasir təhsilin tələblərinə cavab verməklə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında lazımi nəticələrə,uğurlara nail ola bilərlər.Şagirdlərin bədii-estetik yaradıcılıq qabiliyyətini nəzəri və praktik baxımdan düzgün inkişaf etdirmək fənn müəllimləri qarşısında duran başlıca vəzifələrdəndir.Bu məqsədlə peşəkar kadrların həm nəzəri,həm praktiki bacarıqların hərtərəfli inkişafı,onlara müasir təlimin prinsiplərinin,forma,metod,üsul və vasitələrini mənimsədilməsi “Təsviri sənətin tədrisi metodikası” fənninin qarşısına qoyulmuş başlıca vəzifələrdəndir.
- Teacher: Arzu Sediyeva