Bu fənn işgüzar və akademik kommunikasiyanın nəzəri və praktiki əsaslarını, predmetini, kargüzarlığı, işgüzar yazışmaların yaranma tarixini,  leksik, morfoloji və sintaktik xüsusiyyətlərini öyrənir, habelə Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsini, işgüzar əlaqələrdə yazışmaların rolunu, yazışma mədəniyyətinin formalaşmasını özündə birləşdirir.