Uşaq psixologiyası yaş psixologiyasının xüsusi bölmələrindın biri olub fərdin inkişafının psixoloji xüsusiyyətlərindən bəhs edir. Uşaq psixologiyası uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir. Uşağın fəallığı yeni olan hər şeyə marağı, rəftar və davranışındakı təkrarsızlıqlar, müstəqillik meyli müşahidəçiliyi nitqə yiyələnməsi yaşlılarla qar.ılıqlı əlaqə üsulları hissi hərəki və emosional həyatında müşahidə olunan dəyişikliklər onun psixi inkişafına aid edilən faktlardır.Uşaq hər şeydən əvvəl fiziki və psixi imkanlarının məhdudluğu ilə yaşlılardan fərqlənsa də özünün inkişaf tempinə görə yaşlıları xeyli geridə qoyaraq fərd səviyyəsindən şəxsiyyət səviyyəsinə doğru inkişaf edir. Uşaq psixologiyasını öyrənməklə uşağın psixi aləminin möcüzələrinə onların sirli-sehrli dünyasına bələd olmaq olar.Ailədə və tərbiyə müəssisələrində uşağın düzğün tərbiyə edilməsi üşün uşaq psixologiyasını öyrənmək olduqca vacibdir.
- Учитель: Shukufe Xankishiyeva