Müasir dövrdə dünya dövlətlərinin
əksəriyyətində tarixi prosesin inkişafının nəticəsi olan və buna görə də
obyektiv xarakter daşıyan etnik, irqi, dini və mədəni müxtəlifliklər
mövcuddur.Bu müxtəlifliklərin tənzimlənməsinin mümkün vasitələrindən biri
multikulturalizmdir. Artıq qeyd etdiyimiz kimi, sözün dar mənasında
multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə
münasibətdə dövlətin apardığı konkret siyasəti, siyasət modelini əks edir. Lakin
multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsindəki
rolunu, ümumiyyətlə onun mahiyyətini və əhəmiyyətini müəyyən edərkən ilk növbədə
multikulturalizmin bir sosial hadisə olduğunu qeyd etmək lazımdır. Belə
ki, multikulturalizm cəmiyyətin inkişafının məhsuludur. O, cəmiyyətdə cərəyan
edən hadisələrin təsiri ilə meydana gəlməlidir.
- Müəllim: Naibe Memmedli