
“İnformasiya Texnologiyaları” fənni müasir rəqəmsal dünyada zəruri olan əsas texnoloji bilik və bacarıqların öyrədilməsinə yönəlmiş fundamental bir təlim proqramıdır. Fənn iştirakçılara kompüter sistemlərinin əsas iş prinsipləri, proqram təminatı, əməliyyat sistemləri, ofis proqramları (Word, Excel, PowerPoint), internet texnologiyaları və google alətləri sahəsində baza səviyyəsində biliklər təqdim edir.
Bu fənn vasitəsilə tələbələr informasiya texnologiyalarının gündəlik həyatda və peşəkar sahələrdə tətbiqini öyrənəcək, rəqəmsal savadlıqlarını inkişaf etdirəcək və İT bacarıqlarını praktiki məşğələlərlə möhkəmləndirəcəklər. Kurs həm əyani, həm də onlayn formada həyata keçirilə bilər və müxtəlif təhsil səviyyələrinə uyğunlaşdırıla bilər.
- Müəllim: Nigar Soltanova