İnformatika informasiyanın çevrilməsi haqqında elm olub,
hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti
haqqında bilik verir.
Bu biliklər informasiyanın yığılması, emalı, ötürülməsi və istifadəsini hesablama texnikasının
tətbiqi ilə əlaqələndirir. Hesablama texnikasının tətbiqi də öz növbəsində yeni insan-maşın
texnologiyasını əhatə edir. İqtisadiyyatın idarə edilməsi prosesində informasiya texnologiyalarının rolu
əvəzedilməzdir. İnformatika bir elm sahəsi kimi öyrənilən hadisənin informasiya modeli qurulduqdan
sonra öz imkanlarını reallaşdıra bilir. İnformatika bu modelin qurulmasının ümumi metodoloji
prinsiplərini işləyib hazırlayır.
- Müəllim: Samire Kerimova