
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Quliyeva Aysel yaz 2021/2022
Bu fənn işgüzar və akademik kommunikasiyanın nəzəri və praktiki əsaslarını, predmetini, kargüzarlığı, işgüzar yazışmaların yaranma tarixini, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini öyrənir, habelə Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsini, işgüzar əlaqələrdə yazışmaların rolunu, yazışma mədəniyyətinin formalaşmasını özündə birləşdirir.

Azərbaycan dilində işgüzar yazışmalar və kommunikasiya (Naibə Məmmədli), payız 2021/2022
Bu fənn işgüzar və akademik kommunikasiyanın nəzəri və praktiki əsaslarını, predmetini, kargüzarlığı, işgüzar yazışmaların yaranma tarixini, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini öyrənir, Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsini, işgüzar əlaqələrdə yazışmaların rolunu, yazışma mədəniyyətinin formalaşmasını özündə birləşdirir. Habelə tələbələrə Azərbaycan dilinin qrammatik normalarını tətbiq edərək, təmiz, düzgün, dəqiq, yığcam, ümumiyyətlə, kamil nitq vərdişlərini yaratmağa, eləcə də işgüzar ünsiyyət etikasını aşılamağa xidmət edir. Kursun əsas məqsədi sənədlərin hazırlanması yollarını öyrətməklə yanaşı, həm də sənədlərin dövriyyəsinin təşkilini, qeydiyyatının aparılmasını, kargüzarlıqla məşğul olan işçilərin ümumi fəaliyyəti haqqında müfəssəl məlumat verməkdən ibarətdir. Fənnin tədrisi zamanı əldə olunacaq bilik, bacarıq və vərdişlər kollec tələbələrinin peşəkar mütəxəssis kimi gələcək fəaliyyətlərində gərəkli olacaqdır.
İşgüzar və akademik kommunikasiyanın tədrisi yaradıcı və məsuliyyətli işdir. Tələbələrdə Azərbaycan dilində yüksək işgüzar və akademik kommunikasiya qaydalarının formalaşdırılması, şifahi və yazılı nitqin inkişaf etdirilməsi, onların bir şəxsiyyət kimi yetişdirilməsi üçün kolleclərdə bu fənnin tədrisi vacibdir. Bu bacarıq və vərdişlərin inkişafı üçün proqramda əməli yazı nümunələrinə geniş yer verilmişdir. Tələbələrimizin Azərbaycan dilinin işgüzar üslubuna yiyələnməsində bu fənnin tədrisi mühüm rol oynayacaqdır.

Milli əxlaq (Günel Dadaşova), payız 2021/2022
Etika əxlaq ,mənəviyyat ,adətlər haqqında elimdir.Etika qədim yunan sözü olub ethos -la bağlıdır.Vaxtilə etika yurd ,birgəyaşayış mənasında işlənirdi.Etika əxlaqı,insanların mənəvi ailəmin ,mənəviyyatını öyrənir.Etikanı əxlaq haqqında elm adlandırırlar.